Avropa Oyunları: Ruslan Lunyov finala vəsiqə qazanıb
    • 30-06-2023, 13:56
    • 158

Avropa Oyunları: Ruslan Lunyov finala vəsiqə qazanıb

Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə atəş açmada finala yüksəlib.

News24.az
xəbər verir ki, ikiqat Avropa çempionu təsnifat mərhələsinin 2-ci günündə 289 xal toplayıb.

İki günün nəticələrinə əsasən, xallarını 581-ə çatdıran snayper yekunda 6-cı pilləni tutaraq, həlledici raunda vəsiqə qazanıb.