Bağdadda "Qurani-Kərim"in yandırılmasına qarşı yürüş keçirilib
    • 30-06-2023, 22:08
    • 301

Bağdadda "Qurani-Kərim"in yandırılmasına qarşı yürüş keçirilib

İsveçin Bağdaddakı səfirliyi qarşısında minlərlə iraqlı "Qurani-Kərim"in yandırılmasına qarşı yürüş keçiriblər.

Bu barədə İraqın “Al Sumaria” telekanalı məlumat yayıb.

Etirazçılar müqəddəs kitaba dəstək şüarları səsləndiriblər.  Onalar İsveç səfirinin ölkədən çıxarılmasını tələb ediblər.

Nümayiş gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib. Səfirliyə bitişik bütün küçələr beton plitələrlə bağlanıb, binanın yaxınlığına Daxili İşlər Nazirliyinin əlavə qüvvələri yerləşdirilib. /APA/