PKK tərəfdarları İsveçdə NATO üzvlüyünə qarşı çıxdı

PKK tərəfdarları İsveçdə NATO üzvlüyünə qarşı çıxdı
Dünya

21-05-2022, 23:50

Mətn ölçüsü

İsveçin paytaxtı Stokholmda toplaşan bir qrup PKK/PYD tərəfdarı İsveçin NATO-ya müraciətinə etiraz ediblər.

Stokholmda Norra Bantorget meydanında toplaşan qrup Sosial Demokrat Partiyasının binası önünə yürüş edib.

Terror təşkilatı PKK/PYD-ni simvolizə edən təşkilat tərəfdarları İsveçin NATO-ya üzv olmamasını və İsveçin Türkiyənin istəklərini qəbul etməməsini tələb ediblər.

Aksiya zamanı terror tərəfdarları “hamımız PKK-lıyıq” şüarları səsləndiriblər./Unikal.org/