Azərbaycanlı zəvvarlar Həccdən bu tarixdə qayıdacaq
    • 1-07-2023, 18:23
    • 331

Azərbaycanlı zəvvarlar Həccdən bu tarixdə qayıdacaq

Azərbaycanlı zəvvarların ilk qrupunu Vətənə gətirəcək təyyarə iyulun 5-i saat 11.00-12.00 radələrində Bakıya çatacaq.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib.

O bildirib ki, qayıdış iyulun 11-dək davam edəcək: “Əksər zəvvarlar artıq Məkkədə vacib Həcc əməllərini yerinə yetiriblər. Bəzi qruplar da son əməlləri Kəbədə icra edirlər. Ayinlərini bitirən zəvvarlar ara-sıra Kəbə evinə düşüb oranı ziyarət edərək dualar edir, namazlarını qılırlar”.

Şöbə müdirinin sözlərinə görə, ilk 8 qrup sabahdan Mədinə şəhərinə yola düşəcək: “İyulun 2-dən 5-ə qədər orada olacaqlar. Həmin müddətdə Mədinənin gəzməli-görməli dini-tarixi yerləri ziyarət olunacaq”.

Zəvvarların səhhətinə gəlinə, V.Cahangiri əlavə edib ki, hər şey qaydasındadır, səhhətində problem olan yoxdur. 

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib. Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib. \Report\