Bakıda məşhur restoranın sahibinin meyiti tapıldı
    • 27-02-2019, 08:07
    • 993

Bakıda məşhur restoranın sahibinin meyiti tapıldı

Bakıda məşhur ailə restoranı olan "Şır-Şır”da iaşə obyektinin sahibi Elbrus Hüseynovun meyiti tapılıb.

Məlumat Binəqədi Rayon Polis İdarəsindən alınıb.

Məlumata görə, Elbrus Hüseynovun cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin araşdırmaların nəticələrinə görə, restoran sahibi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma davam etdirilir.

Mərhumun yaxınlarının bildirdiyinə görə, E.Hüseynov öz evində insultdan keçinib.

//SputnikAz