Erməni diversantlar məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
    • 3-07-2023, 12:50
    • 1 008

Erməni diversantlar məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO

May ayının 26-da Azərbaycan sərhədini pozaraq Zəngilan rayonunun Rəzdərə kəndi istiqamətində ərazimizə keçməyə cəhd göstərən Ermənistan hərbi qulluqçuları, Arutyun Ovagimyan və Karen Kazaryanın məhkəmə prosesi keçirilib.

News24.az -ın məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki,  erməni diversantlar hazırlıq iclasında iştirak etmək üçün məhkəmə zalına gətirilib.

Xatırladaq ki, Arutyun Ovagimyan və Karen Kazaryan odlu silahlar əldə edərək dövlət sərhədimizi qanunsuz keçməyə cəhd göstəriblər. Erməni diversantlar Azərbaycan sərhədçiləri tərəfindən tutularaq istintaqa təhvil veriliblər. 

Qeyd edək ki, erməni diversantlara Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə (206.3.2, 214.2.1, 214.2.3, 228.2.1, 283.2.1, 318.2) cinayət işi açılıb.

Proses hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilib.