-
- 3-07-2023, 16:03
- 939
"Aktyorun çəkiliş meydanında acından ürəyi gedir" - Afaq Bəşirqızı
Xalq artisti Afaq Bəşirqızı hazırda çəkilən filmlərin keyfiyyətsizliyini tənqid edib.
News24.az xəbər verir ki, "Maqazin plyus"a açıqlama verən aktrisa bunda rejissorları günahlandırıb. O bildirib ki, rejissorlar tamahkarlıq edir:
"Filmlərin zəifliyi rejissorların tamahkarlığındandır. Sponsor tapılmamış film çəkmək mümkün deyil. Rejissor fikirləşir ki, filan yerdə yeni tikilidə bir mərtəbəni ala biləcəyəm, ya yox. O pulu onunla sayır. Aktyorlara çox zaman pul verilmir. Film şedevr olacaq, bilet satılacaq, faiz götürəcəm kimi məsələlərin hamısı yalandır. Nə olsun, sponsor verib, o, halal tikəyə əl uzadır. Ona görə də onun işi heç zaman müvəffəqiyyətli alına bilməz. Bunu Allah qoymaz. Çünki kiminsə çörəyinə, zəhmətinə əl uzadırsansa, heç zaman xoşbəxt ola bilmərsən".
A.Bəşirqızı əlavə edib ki, aktyorlara yaxşı qonorar verilmədiyi üçün onlar başqa yollara əl atırlar:
"Biz elə dövrdə yaşamışıq ki, vicdanlı, istedadlı adamların əlinə düşmüşük: kinorejissorların, teatr rejissorlarının. Bilmişik ki, biz işləməliyik. Özümüzə inanmışıq. Niyə? Bax, bu gün üçün. Amma indi gənc aktyorlara nə sanbalı, nə adını saxlamağa imkan verirlər. Axı bu aktyorların da uşaqları, ehtiyacı var. O, filmə çəkilməlidir. Amma sən onu aldadırsan. Bu hansı vicdana sığır? Sonra da fikiləşirsən ki, görəsən, nəyə görə çəkdiyim filmim uğurlu olmadı? Bütün bunların hamısı bu məsələyə görə doğur. Haramlıqda heç zaman bərəkət yoxdur”.
Aktyorlar çox işləyirlər. Nə qədər ssenari çətin olsa, aktyorlar çalışırlar ki, özləri nəsə bir şey yaratsınlar. Eyni zamanda da izlənilərək çörək pulu əldə edə bilsinlər. Aktyorlarla tamaşaçı arasında çox qalın bir pərdə olmalıdır. Yaradıcı insanları qınamayın. Onlar özləri üçün deyil, doğmaları, uşaqları və xalq üçün yaşayırlar. Aktyorlar çox zaman bir qəpiksiz filmlərə çəkilirlər. Bəlkə də kino meydanında acından ürəyi axır, amma bunu bildirmir. Fikirləşir ki, bu filmə çəkilim ki, bununla şöhrətim olsun"./manset.az/