-
- 3-07-2023, 18:10
- 226
Ukrayna Gürcüstana sanksiya tətbiq etdi – Tiflisdən REAKSİYA
Ukraynanın Gürcüstanın “Georgian Airways” aviaşirkətinə qarşı sanksiyaları Kiyevin növbəti qeyri-dost addımıdır.
News24.az xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili deyib.
“Birmənalı şəkildə deyə bilərik ki, bu, siyasi motivli qərar idi, çünki biz görürük ki, bir çox ölkədən bir çox aviaşirkət Rusiyaya uçur və Ukrayna hakimiyyətindən belə bir reaksiya və ya qərar olmayıb. Buna görə də təəssüflə deyə bilərik ki, biz Ukrayna hakimiyyətinin növbəti qeyri-dost qərarını gördük”, - Davitaşvili bildirib.
Baş nazirin müavini vurğulayıb ki, Kiyevin qərarı qəbuledilməzdir və iki ölkə arasında münasibətlərin standartına uyğun deyil. Onun fikrincə, Ukrayna hakimiyyətinin bu qərarında gürcü müxalifətinin də əli var. Davitaşvili qeyd edib ki, Kiyev Ukrayna hakimiyyətinə yaxın gürcü siyasətçiləri tərəfindən verilən təhrif olunmuş məlumatları ala bilərdi və bu, sanksiyalarla bağlı qərara təsir edə bilərdi.
O, həmçinin Gürcüstan Xarici İşlər Nazirliyinin Ukraynanın tətbiq etdiyi sanksiyalara cavab verəcəyinə əminliyini ifadə edib.
Akqabay