Ukraynadan Gürcüstana sanksiya: Səfir XİN-ə çağırıldı
    • 3-07-2023, 18:51
    • 216

Ukraynadan Gürcüstana sanksiya: Səfir XİN-ə çağırıldı

Gürcüstanın Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkili Aleksandr Şulqanı Gürcüstanın “Georgian Airways” aviaşirkətinə qarşı sanksiyaların tətbiqi ilə əlaqədar XİN-ə çağırıb.

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Ukraynalı diplomatın Gürcüstan Xarici İşlər Nazirliyinə səfəri təxminən yarım saat davam edib, bundan sonra Şulqa mətbuata açıqlama verməyib. Gürcüstan Xarici İşlər Nazirliyi diplomatın çağırışını hələlik şərh etməyib.

Xatırladaq ki, Rusiyaya uçuşları bərpa edən Gürcüstanın “Georgian Airways” aviaşirkəti və onun direktoru Tamaz Qayaşvili Ukraynanın yenilənmiş sanksiya siyahısına salınıb.

Qərar Gürcüstan hakimiyyətinin etirazına səbəb olub və belə bir addımı dostcasına adlandırıb.

Gürcüstanın hakim partiyası və hökuməti Rusiya ilə hava əlaqələrinin bərpasını alqışlayıb, prezident Salome Zurabişvili isə Gürcüstan Hava Yollarını boykot etməyə çağırıb.

Şirkət də öz növbəsində onu uçuşlarında arzuolunmaz şəxs elan edib.

Akqabay