Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüşdü
    • 15-04-2022, 19:20
    • 586

Əli Əsədov Gürcüstanın iqtisadiyyat naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. /Apa.az/