Gənclər arasında sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib - FOTO
    • 27-02-2019, 11:45
    • 2 265

Gənclər arasında sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib - FOTO

Fevralın 19-dan 23-dək “Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmələr və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yeniyetmələrdən ibarət komandası ümumi hesabda yarışın baş mükafatını qazanıblar.

İdman Cəmiyyətinin yetirmələrindən Kənan Heybətov, Sabir Cəfərov və Abdulcəlil Şabanov müvafiq olaraq öz çəki dərəcələrində qızıl, Fərhad Kərimov gümüş, Riyad Aslanov, Ümüd Məmmədov, Rübail İbrahimli və Tural Musayev bürünc medallara layiq görülüblər.
Sərbəst güləş üzrə gənclərin yarışında isə Mahir Məmmədzadə, Rəşad Yusifli, Aydın Əhmədov gümüş, Seymur Cəbrayılov və Əşrəf Kərimzadə bürünc medala sahib olublar.

Yunan-Roma güləşi üzrə yeniyetmələrin yarışında Təvəkkül Həziyev qızıl, Fərid Xəlilov bürünc, gənclərin yarışında isə İbrahim Mürsəliyev gümüş, Sənan Kərimov bürünc medal əldə ediblər.

Qeyd edək ki, mükafatçılar ölkəmizi Avropa və dünya çempionatları ilə yanaşı, iyulda paytaxtımızıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalında təmsil edəcəklər.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, beynəlxalq dərəcəli hakim Tural Əliyev yarışların idarə olunmasında yaxından iştirak edib. 

Göstərdikləri yüksək nailiyyətlər ilə əlaqədar komandamızı qəbul edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova onlara əldə etdikləri qələbə münasibəti ilə təbrik edib, yeniyetmə güləşçilərə yeni uğurlar, qələbələr arzulayıb.