Ərdoğan: Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz
    • 3-07-2023, 20:39
    • 324

Ərdoğan: Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz

"İsveçdə Quranın yandırılması heç bir insani əsasa söykənə bilməz. Bu nifrət cinayətinin polisin himayəsi altında törədilməsi çox ağırdır”.

News24.az​​​-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

O qeyd edib ki, İsveç NATO-ya daxil ola bilməsi üçün islamafobiya və terrorizmin təbliğatına icazə verməməlidir. Bundan əlavə, İsveç Türkiyə qarşısında üzərinə götürən bütün digər öhdəlikləri də yerinə yetirməlidir.