Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək
    • 3-07-2023, 23:14
    • 193

Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Liderlər Zirvə Toplantısında iştirak etdikdən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

News24.az​​​ xəbər verir ki, bunu Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşək açıqlayıb.

Nazir bildirib ki, BƏƏ Türkiyəyə mühüm investisiyalar yatıracaq.

O, Prezidentin səfərinin 11-12 iyul NATO Liderlər Zirvə Toplantısından sonra həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.