Ərdoğan ABŞ-a gedir
    • 21-08-2018, 10:09
    • 1 229

Ərdoğan ABŞ-a gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək. 

 Səfər sentyabrın 25-də baş tutacaq. 

Səfər zamanı türk lider BMT Baş Assambleyasının iclasında iştirak edəcək. İclasda Ərdoğan Suriyadakı vəziyyət, miqrant böhranı və BMT-nin quruluşu ilə bağlı çıxış edəcək. 

Türkiyə və ABŞ arasında gərginliyin yaşandığı dövrdə baş tutan səfər çərçivəsində Ərdoğanın Trampla görüşüb-görüşməyəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək. 

//Oxu.az