"Əsas məsələ binaları zəlzələyə dayanıqlı tikməkdir" - VİDEO
    • 4-07-2023, 11:25
    • 376

"Əsas məsələ binaları zəlzələyə dayanıqlı tikməkdir" - VİDEO

Azərbaycan aktiv seysmik zonada yerləşir. Ölkəmiz zəlzələ zonasıdır və zəlzələ olacaq da. Amma tam dəqiq proqnozlar yoxdur. Əsas məsələ binaları zəlzələyə dayanıqlı tikməkdir. 

News24.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, zəlzələ ocaqları dənizdə və dərində yerləşir. Buna görə də yeraltı təkanlar yaşayış mərkəzlərində fəsadlar törədə bilməz.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Quba, Xaçmaz, Siyəzən rayonları, Sumqayıt və Bakı şəhərləri, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.

Akqabay