-
- 4-07-2023, 11:20
- 824
Səhərə yaxın bir neçə təkan olub - VİDEO
"Səhərə yaxın bir neçə təkan olub. Lakin onu insanlar hiss etməyib, yalnız cihazlar tərəfindən qeydə alınıb. Bu təkanlar Bakıda olmayıb".
News24.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair mətbuat konfransında deyib.
"Afterşokların həmin gücdə və ya ondan da güclü olması ehtimalı yoxdur. Çünki əsas enerji ilk saniyələrdə ayrılır", - Q.Yetirmişli deyib.
Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Quba, Xaçmaz, Siyəzən rayonları, Sumqayıt və Bakı şəhərləri, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.
Akqabay