-
- 4-07-2023, 11:26
- 287
Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur
Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur. Lakin hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə bu istiqamətdə işlər aparılır.
News24.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair mətbuat konfransında deyib.
"Ölkəmizdə bu xəritə ən son 1957-ci ildə olub. Bizim tərəfdən yeni xəritə üçün təklif verildi və işlər aparılır", - Q.Yetirmişli qeyd edib.
Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Quba, Xaçmaz, Siyəzən rayonları, Sumqayıt və Bakı şəhərləri, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.
Akqabay