O zəlzələyə hazır olmalıyıq, çünki birdən çökəcəyik — Fazil Mustafa
    • 4-07-2023, 13:53
    • 1 643

O zəlzələyə hazır olmalıyıq, çünki birdən çökəcəyik — Fazil Mustafa

Zəlzələni hiss etmədim. Bakı seysmik zona olduğuna görə, burada zəlzələ ehtimalı həmişə var. Amma mənim hər gün hiss etdiyim başqa cür zəlzələlər var. 

Bu fikirləri News24.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

O qeyd edib ki, bu, ölkəmizi bürüyən savadsızlıq, xurafat, cəhalət zəlzələsidir: "Bu zəlzələ bizi çökdürəcək. Təbii ki, ona qarşı həssaslığımız artmalıdır. Yoxsa canımızı qurtarıb, evdən kənarda zəlzələnin keçməyini gözləməklə bu problem çözülmür. Yəni, yenidən evinə qayıdırsan. Amma qalıcı olan bu zəlzələ risklidir. Çünki bir toplumu, bir xalqı çökdürən onun nadanlığı, cəhaləti, savadsızlığı, biliksizliyi olur. Biz o zəlzələyə həmişə hazır olmalıyıq, çünki birdən çökəcəyik. Bu məsələni diqqətimizdə saxlamadığımıza görə ağır-acınacaqlı duruma düşməyimiz qaçılmazdır".  

Aynurə Pənahqızı