Qurban Yetirmişli: “İnsanlar təşvişə düşməsinlər”
    • 12-02-2019, 13:20
    • 1 037

Qurban Yetirmişli: “İnsanlar təşvişə düşməsinlər”

"Zəlzələlər bir müddət davam edəcək, bunların içərisində də hiss olunanları olacaq. İnsanlar təşvişə düşməsinlər”.

Bu sözləri news24.az-a açıqlamasında Şamaxıda ardarda baş verən zəlzələyə münasibət bildirərkən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzinın rəhbəri Qurban Yetirmişli bildirib.

O deyib ki, zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.: “Sözügedən ərazidə dağıdıcı zəlzələ olma ehtimalı yoxdur”.  Qeyd edək ki, Şamaxıda fevralın 5-də 6 bal, dünən isə 4 bal gücündə zəlzələ qeydə alınıb.

 Şəlalə AĞAYEVA