Nömrəsiz avtomobil idarə edənlər cərimələndi
    • 4-07-2023, 18:45
    • 273

Nömrəsiz avtomobil idarə edənlər cərimələndi

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülər aşkar edilib. Onlara qanunvericiliyin tələbləri izah edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.