İran XİN rəhbəri Azərbaycana yola düşüb
    • 4-07-2023, 21:49
    • 267

İran XİN rəhbəri Azərbaycana yola düşüb

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana səfərə yola düşüb.

News24.az​​​ xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Abdullahian Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

İranlı nazirin səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmilərlə görüşü planlaşdırılır.