FHN-dən restoranda baş verən yanğınla bağlı — AÇIQLAMA
    • 5-07-2023, 10:05
    • 152

FHN-dən restoranda baş verən yanğınla bağlı — AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonunda yerləşən restoranda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən News24.az-a verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 125 m² olan restoranın anbarının yanar konstruksiyaları 14 m² sahədə, 3 ədəd soyuducu, 1 otağında 3 ədəd televizor və tavanın taxta üzlüyü 50 m² sahədə yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.