Bakıda restoran yandı
    • 14-07-2021, 08:58
    • 407

Bakıda restoran yandı

Bakıda restoranda yanğın olub.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 m² olan restoranın mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğın zamanı hər birinin tutumu 25 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb