-
- 5-07-2023, 14:47
- 412
ABŞ səfirinin bu çıxışı Ermənistanda çaxnaşma yaratdı — AÇIQLAMA
ABŞ-nın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşamasını mümkün hesab edir. Səfir bildirib ki, Amerika Birləşmiş Ştatları ermənilərin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanır. Diplomatın açıqlaması Ermənistanda birmənalı qarşılanmayıb, eyni zamanda separatçılar arasında da rezonansa səbəb olub.
Millət vəkili Nəsib Məhəməliyev News24.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Ermənistandakı səfirinin ilk dəfə Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaları olduqlarını bildirməsi ölkəmizin ərazi bütövlüyünün tanınması anlamına gəlir.
“ABŞ müharibədən sonra regionda yaranmış reallıqları dərk edir və Azərbaycanın beynəlxalq münasibətlər sistemində vacib rolunu, əhəmiyyətli ölkə olduğunu qəbul edir. Hesab edirəm ki, bu, ermənilərə verilmiş bir mesajdır. Onlar Azərbaycanın tərkibində ikinci erməni dövlətinin yaradılması illüziyalarından əl çəkməli, gələcəklərini Azərbaycan cəmiyyətinin tərkibində qurmalıdırlar. Düşünürəm ki, yaxın zamanlarda Qarabağ erməniləri ilə danışıqlar bərpa olunacaq və inteqrasiya proseslərinə start veriləcək. Ermənilər artıq başa düşürlər ki, yeni müharibə onların sonu deməkdir. Ona görə də, problemlərin sülh yolu ilə həllinin alternativi olmadığını və Xankəndinin Azərbaycanın yurisdiksiyasına keçəcəyini görürlər”, - deputat qeyd edib.
Aynurə Pənahqızı