"Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilər"
    • 5-07-2023, 11:00
    • 313

"Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilər"

“Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşamaq imkanlarını mümkün hesab edirəm”.

News24.az xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuin deyib.

Ermənistan İctimai Televiziyasının efirində Kristina Kuin əmin edib ki, hər iki tərəf xalqın hüquqlarını qoruduğunu düşünür: “Biz bunun mümkün olacağına inanırıq və ümid edirik. Biz hesab edirik ki, bütün tərəflər bunu mümkün etmək üçün birgə səylər göstərməlidirlər. ABŞ hesab edir ki, bu düzgün yanaşmadır. Biz bütün tərəfləri qeyd olunan hüquqların və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylər göstərməyə çağırırıq. Onu da deyim ki, bütün tərəflər Qarabağda yaşayan insanların hüquq və təhlükəsizliyinin təmin edilməli olduğuna inandıqlarını bildiriblər və indi bunun yolunu tapmaq, təmin etmək lazımdır”, - deyə səfir bildirib.

Akqabay