Bu onkoloji xəstələr dövlət hesabına müalicə olunacaq — RƏSMİ
    • 5-07-2023, 16:52
    • 495

Bu onkoloji xəstələr dövlət hesabına müalicə olunacaq — RƏSMİ

Xəbər verdiyimiz kimi, onkoloji xəstəliklərin icbari tibbi sığorta paketinə daxil edilməsi planlaşdırılır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin baş məsləhətçisi Leyla Lətifova News24.az-a sığorta paketinə nələrin daxil ediləcəyini açıqlayıb. Qurum rəsmisi bildirib ki, hazırda xidmətlər zərfinə 2550 sayda tibbi xidmət daxildir:

 
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü il üçün limitli qaydada qaraciyər, böyrək, sümük iliyi və ya hematopoietik kök hüceyrələrinin transplantasiyasının əlavə edilməsi təklif olunub. Habelə, ürək damar cərrahiyyəsi, oftalmoloji, travmatoloji və bəzi xoşxassəli şişlərin aradan götürülməsi ilə bağlı əməliyyatların sayının da artırılması təkliflər siyahısında yer alır. Sənəd təsdiqləndikdən sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək".

Aynurə PƏNAHQIZI