-
- 5-07-2023, 17:53
- 544
Tarif Şurasına müraciət edildi: Azərbaycanda dərmanların qiyməti ucuzlaşacaq
Səhiyyə Nazirliyinin sifarişi əsasında Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq. Həmçinin Milli Məclisin növbədənkənar sessiyasının iyulun 6-da keçiriləcək iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş) müzakirə olunacaq. Dəyişikliyə əsasən, Azərbaycanda dövlət qeydiyyatına alınan dərmanlar apteklərdə yenidən fərqli qiymətlərə satıla bilər.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli News24.az-a açıqlamasında bildirib ki, “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi çox geniş spektri əhatə edir.
Onun sözlərinə görə, burada ən mühüm məsələ dərman vasitələrinin qeydiyyatının, eyni zamanda onların ölkəyə idxalının keyfiyyət parametrləri gözlənilməklə asanlaşdırılmasıdır: “Əczaçılıq şirkətlərinin daha rəqabətli fəaliyyət göstərməsi, xüsusilə Tarif Şurası tərəfindən dərmanların qiymətinin üst həddinin müəyyənləşdirilməsi, aşağı həddə isə bu qiymətlərin sərbəst buraxılması, yəni rəqabət mühitinin yaradılması çox önəmlidir”.
Millət vəkili bildirib ki, qanuna dəyişiklik layihəsi dərman vasitələrinin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq: “Eyni zamanda ölkəmiz üçün əhəmiyyətli olan və bəzən müəyyən bürokratik əngəllər sayəsində idxalında problem yaranan dərman preparatlarının idxalı da asanlaşacaq. Sürətli qeydiyyat isə daha tez və daha çevik hərəkət edən şirkətlərin bundan sonra öz işlərini daha produktiv qurmasına gətirib çıxaracaq. Bundan başqa, dərman şirkətlərinin, təchizatçılarının problemlərinin həlli, gömrükdə prosedurların asanlaşdırılması ilə bağlı dəyişikliklər mühüm töhfə verəcək. O cümlədən, dərman vasitələrinə nəzarətin gücləndirilməsi, həkim reseptinin elektron formada olması və yazılan reseptin onlayn şəkildə izlənilməsi müxtəlif sui-istifadə hallarının qarşısını almağa kömək edəcək”.
M.Məmmədli qeyd edib ki, dəyişiklik vətəndaşlar üçün əlçatanlığı da artıracaq: “Stasionar şəraitdə İcbari Tibbi Sığorta zərfinin genişləndirilməsi istiqamətində atılan addımlar əhalimizə bu istiqamətdə müsbət təsir edəcək. Hesab edirəm ki, rəqabət hesabına qiymətlərin müəyyən stabil və daha aşağı həddə gəlməsi istiqamətində bu qanun layihəsi çox mühüm rol oynayacaq”.
Akqabay Mıradov