-
- 20-06-2023, 12:15
- 309
Dərmanların satışı ilə bağlı qadağalar: bu qiymətlərdən...
Azərbaycanda qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan olunur.
News24.az xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.
Belə ki, təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.
Qanunun hazırki bəndi isə belədir: "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır".
***
Azərbaycanda dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulur.

Yeni bəndə əsasən, qanunun 6.5.8-ci maddəsində nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan olunur.