Sertifikasiya imtahanında 10 baldan az toplayan müəllimlər var
    • 6-07-2023, 11:09
    • 484

Sertifikasiya imtahanında 10 baldan az toplayan müəllimlər var

2022-2023-cü illərdə 38 min müəllim sertifikasiya imtahanında iştirak edib. 2023-cü ildə ibtidai sinif üzrə sertifikasiya imtahanında müəllimlərin 55 faizi 30-50, 35 faizi 0-29, 10 faizi isə 51 və yuxarı bal toplayıb.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.

E.Əmrullayev qeyd edib ki, sertifikasiya imtahanlarını keçirməkdə məqsəd müəllim heyətinin peşəkar fəaliyyətinə qatqı verməkdir. Nazir əlavə edib ki, bu yöndə yeni yanaşmalar da tətbiq ediləcək.

Qumral ƏLİYEVA