Bu müəllimlər 1000 manatdan yüksək məvacib alacaq
    • 27-02-2023, 15:36
    • 206

Bu müəllimlər 1000 manatdan yüksək məvacib alacaq

"Müəllimlərin əmək haqqı miqdarına onların dərs saatları birbaşa təsir göstərir. Yeni əmək haqqı artımından sonra müəllimlərin 25 faizindən çoxu 1000 manatdan yüksək məvacib alacaq".
 

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 2023-cü ildə müəllimlərin sertifikasiyasında 35 mindən çox müəllim iştirak edəcək:

"Ötən il 11 133 müəllim sertifikasiya imtahanında iştirak edib. Onlardan 3127 müəllimin əmək haqqına  35 faiz, 3426 müəllimin əmək haqqına isə 10 faiz əlavələr edilib".

Qeyd edib ki, cari ildə Azərbaycan dili və ədəbiyyat müəllimləri, ibtidai sinif müəllimləri sertifikasiya imtahanında iştirak edəcək:

"Növbəti illərdə regionlar üzrə də müəllimlərin sertifikasiyasıyadan keçirilməsi planlaşdırılır. Sertifikasiyadan keçən müəllimlərin əmək haqqına sentyabr ayından əlavələr ediləcək".

Məhərrəm ƏLİYEV