Nazirlikdən sertifikasiya ilə bağlı iddialara cavab
    • 29-08-2022, 16:31
    • 467

Nazirlikdən sertifikasiya ilə bağlı iddialara cavab

Elm və Təhsil Nazirliyi sertifikatlaşdırma ilə bağlı cəmiyyətdə yaranan yanlış fikirlərə aydınlıq gətirib. 

News24.az xəbər verir ki, bu barədə nazirliyin feysbuk hesabında məlumat verilib. 

Bildirilir ki, sertifikasiya ilə bağlı yayılan yanlış məlumatlar bunlardır: 

İstisnasız olaraq bütün müəllimlər sertifkatlaşdırmada iştirak edəcək.

İbtidai sinif müəllimləri üçün test tapşırıqları yuxarı sinif səviyyəsində hazırlanıb.

Uğur qazanmayan müəllimlərin işdən azad ediləcək.

İlk dəfə uğur qazanmayan müəllimlərin dərs yükü və əməkhaqqı azalacaq.

Sertifikatlaşdırmanın nəticəsi əməkhaqqına müsbət təsir etməyəcək.

Nazirlikdən bildirilib ki, hamilə va ya sosial məzuniyyətdə olan qadınlar sertifikatlaşdırmadan azaddır.

İbtidai sinif müəllimləri üçün test tapşırıqları şagirdlərə tədris etdikləri dərsliklər əsasında tərtib olunub.

Uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq.

İlk dəfə uğur qazanmayan müəllimlər təkrar sertifikatlaşdırmada iştirak edanədək dərs yükü və əməkhaqqı azalmayacaq. 

Sertifikatlaşdırmada keçid balı toplayan müəllimlərin əməkhaqqına 10% əlavə, keçid balını toplayıb test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş müəllimlərin əməkhaqqına 35 faiz əlavə veriləcək.