Ermənilər təşvişdə: Azərbaycana 200 milyard dollar verəcəyik!
    • 6-07-2023, 12:30
    • 9 327

Ermənilər təşvişdə: Azərbaycana 200 milyard dollar verəcəyik!

“Azərbaycanın tələblərinin yerinə yetirilməməsini genişmiqyaslı müharibənin səbəbi hesab edənlərə sadə bir sual verim və bütün bu tələblər realdır. Məsələn, elə bu dəqiqə Azərbaycan erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir və  beynəlxalq strukturlara rəsmi müraciət edib”. 

News24.az xəbər verir ki, bunu erməni politoloq Gevorq Danielyan deyib.

O, iddia edib ki, Qarabağda erməni hərbi birləşmələri yoxdur. “Təəssüf ki, artıq ordu yoxdur, amma tələb edirlər ki, bunu edin, əks halda müharibə başlayacaq. Təəccüblənməyin ki, sabah müharibə təhlükəsi ilə onlar (azərbaycanlılar – Red.) heç bir məhkəmə və mühakimə olmadan dərhal tələb edəcəklər ki, biz onlara 200 milyard dollar təzminat ödəyək. Yeri gəlmişkən, artıq yüksək səviyyədə əsaslandırma və hesablamalar da aparıblar”, - Danielyan qeyd edib.

Akqabay