Qarabağda separatçılar özlərini ağır yaraladılar
    • 9-08-2022, 13:09
    • 501

Qarabağda separatçılar özlərini ağır yaraladılar

Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin iki nümayəndəsi ehtiyatsızlıqdan ağır yaralanıb.

Bu barədə News24.az erməni mətbuatına istinadən xəbər verir.

Qeyd olunur ki, avqustun 8-də silahdan (partlayıcıdan) istifadə qaydalarının pozulması nəticəsində Qurgen Danielyan və Artur Aruşanyan xəsarət alıblar.

Yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilir.