Zaxarova Əliyevə görə Makronu sərt tənqid etdi
    • 6-07-2023, 15:42
    • 408

Zaxarova Əliyevə görə Makronu sərt tənqid etdi

"Fransa prezidenti Emmanuel Makron bizi hər dəfə təəccübləndirməyə nail olur. O Marseldə çıxış edərkən iddia etdi ki, guya "Ermənistanın baş naziri Nikol Paşinyandan daha çox Azərbaycan prezidenti İlham Əliyevə təzyiq edir". Guya ki, Makron Qarabağ mövzusunda mövqe bildirən yeganə şəxsdir və təkbaşına bu məsələni dünya birliyinin gündəmində saxlamağa çalışır".

News24.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Deyə bilərəm ki, belə bəyanatlardan sonra prezident Makronun təvazökarlığının kişiliyindən sonra dayandığı təəssüratı yaranır. Təbii ki, Fransa prezidentinin bu kimi xüsusiyyətlərinə, onun istər Qarabağ nizamlanmasında, istərsə də digər məsələlərdə şəxsi rolu və xidmətləri barədə pafosla danışması bizi təəccübləndirir. Çox heyif ki, o, işin səmərəli nəticələrindən danışmadı”, - deyə o bildirib. 

Zaxarova qeyd edib ki, Makronun öhdəsinə götürdüyü işlərin nəticələrin indiyə qədər heçkim görməyib: “Uzun müddətdir ki, Fransanın Qarabağın çətin problemlərinin həllinə müsbət töhfə vermək, təxribat törətmək və faktiki olaraq ATƏT-in Minsk qrupunun işini pozmaq bacarığı ilə bağlı bir illüziyamız yoxdur. Rəsmi Parisin 2022-ci ildə Fransa Milli Assambleyası və Senat tərəfindən Azərbaycanı pisləyən, ölkəyə və onun rəsmilərinə qarşı sanksiyaların tətbiqini tələb edən qətnamənin qəbul edilməsi , Paris tərəfindən şübhəli mandatla və Azərbaycanın rəyi nəzərə alınmadan Vətəndaş Missiyasının Ermənistana göndərilməsi kimi  davranışlar regional münaqişədə Fransanın gündəminin parlaq nümunələridir. Ona demək istəyirəm ki, bu hərəkətlər, nümayişkaranə addımlar tərəflərə kömək etmir. Bu, Rusiyanı nizamlanma prosesindən çıxarmaq, öz siyasi, bəzən isə sadəcə olaraq seçkiqabağı məqsədlərini reallaşdırmaq məqsədi daşıyır”.

Arzu