-
- 17-06-2020, 18:42
- 971
Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında GÖRÜŞÜ KEÇİRİLƏCƏK
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə daim təmasdadırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğu birgə videokonfrans keçiriblər”.
News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN rəsmisi bu ayın sonuna kimi həmsədrlərin nazirlərlə növbəti qiyabi görüşünün planlaşdırıldığını qeyd edib.
“Bu barədə ayrıca məlumat veriləcək”, - deyə M. Zaxarova vurğulayıb. /APA/