Vampirlərdən polisə şikayət etdi
    • 27-02-2019, 17:36
    • 567

Vampirlərdən polisə şikayət etdi

Serbiyanın şərqində yerləşən Kladovo şəhərinin yaxınlığındakı kəndlərdən birinin sakini hər gecə evinə vampirlərin gəldiyini bildirib.

News24.Az xarici mətbuata istinadən xəbər verir ki, vampirlərdən bezən sakin onlar barədə polisə şikayət edib.

Şikayətçi polislərə bildirib ki, vampirlər 1 aydan çoxdur ki, hər gecə saat 1-2 arası evinə gələrək, onunla söhbət edir, stoldakı yeməkləri dağıdır, eləcə də səhərə qədər onunla eyni çarpayıda yatırlar. Amma ona xüsusi zərər yetirmirlər. 
Vampirlərin gəlişindən bezən sakin şikayətinin səbəbinə belə aydınlıq gətirib ki, əgər "qonaqları" bilsələr ki, polisə şikayət edib, qorxularından gəlməyəcəklər...

News24.Az