Deniz Seki heyranını məhkəməyə verdi - FOTO
    • 3-04-2019, 10:34
    • 1 048

Deniz Seki heyranını məhkəməyə verdi - FOTO

Türk müğənnisi Deniz Seki müəllifi olduği "Zor mu?" mahnısını izinsiz istifadə edən Dj Boral Kibildən polisə şikayət edib.

News24.az
Türkiyə mətbuatına istinadən bildirir ki, Dj mahnını remix edib və müğənni Sevda Tekinlə duet oxuyub. Ancaq bunun üçün izin almayıb. Bu da Denizin xoşuna gəlməyib. 

Hörmətsizlik üçün şikayət edən müğənni ərizəsində Dj-in ona maddi və mənəvi ziyan vurduğunu qeyd edib. Bu baxımdan da araşdırma aparılıb və Deniz Sekiyə haqq verilib. 

Polisə ifadə verən Boral bildirib ki, Sekinin heyranıdır. Mahnısını istifadə etməkdə isə heç bir biznes məqsədi güdməyib. Buna baxmayaraq, məhkəmə prosesi başladılıb.