Keçmiş məhkum 62 yaşlı qadını döyüb, zorladı
    • 26-03-2019, 15:04
    • 1 547

Keçmiş məhkum 62 yaşlı qadını döyüb, zorladı

Rusiyanın Noviy Urinqoy keçmiş 55 yaşlı məhkum kişi qonşusu 62 yaşlı təqaüddən olan qadını zorlayıb.

News24.az
xəbər verir ki, hadisə bu ilin 12 yanvarında baş verib.

Gecə saatlarında sərxoş kişi qonşusunun evinə gələrək əvvəl xoşluqla onunla cinsi əlaqəyə girmək istədiyini bildirib. Etiraz cavabı aldıqda o, qadını döyməyə başlayıb. Döyərək çoxlu sayda xəsarətlər yetirdikdən sonra qadına cinsi təcavüz edib. 

On dörd saat zorlanmağa məruz qalan qadın ancaq kişi yuxuya getdikdən sonra canını qurtara bilib. Kəllə-beyin travması alan, eləcə də burnu sınan zərərçəkən birbaşa polisə şikayət edib. Təcavüzkar tez bir zamanda yaxalanıb. 

O vaxtdan davam edən istintaq prosesləri bu günlərdə bitib. Tezliklə məhkəmə olacaq. Təcavüzkarın uzun müddərli həbs ediləcəyi ehtimal olunur.