-
- 6-07-2023, 19:35
- 273
Hakan Fidan: “Biz bilməliyik ki, İsveç Türkiyə üçün təhlükəsiz müttəfiq olacaq”
“Biz bilməliyik ki, İsveç Türkiyə üçün təhlükəsiz müttəfiq olacaq”.
News24.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı jurnalistlərə açıqlamasında deyib.
“Biz Türkiyədə 4-cü Daimi Komitə iclasını keçirdik. NATO siyasi və hərbi ittifaqdır. NATO-ya üzv olmaq istəyən ölkələr terrorla mübarizədə qətiyyətli mövqe tutmalıdırlar. Onlar da Türkiyəyə qarşı hərbi sanksiyalar tətbiq etməməlidirlər. Bunlar İsveçin 3-cü Anlaşma Memorandumu üzrə öhdəlikləridir. İsveç müdafiə sənayesi məhdudiyyətlərini ləğv etdi. Terrorla mübarizə qanunvericiliyində də dəyişiklik edilib. Bunlar indi reallıqda öz əksini tapmalıdır. İsveçin Türkiyə üçün etibarlı müttəfiq olacağını bilməliyik. Əgər PKK və FETÖ İsveç küçələrində nümayişlərini davam etdirəcəksə, qanunvericilik dəyişikliyinin Türkiyə üçün heç bir mənası olmayacaq”, - Fidan qeyd edib.
Xatırladaq ki, bu gün Brüsseldə İsveçin NATO-ya üzvlük üçün müraciəti ilə bağlı Türkiyə, İsveç və Finlandiya arasında Daimi Birgə Mexanizm Toplantısı keçirilib. Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, həmçinin MİT rəhbəri İbrahim Kalın, prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç və xarici işlər nazirinin müavini səfir Burak Akçapar daxil olub.