İsveç XİN: Türkiyə ilə münasibətlər pisləşib
    • 1-02-2023, 02:04
    • 404

İsveç XİN: Türkiyə ilə münasibətlər pisləşib

İsveçin NATO-ya daxil olması ilə bağlı məsələ Türkiyə ilə münasibətləri korlayıb.

Bu barədə İsveçin xarici işlər naziri Tobias Billström İsveç radiosuna müsahibəsində deyib.

"İndi iki ölkə arasındakı münasibətlər soyuqdur. Bu da təbiidir. Amma mənə elə gəlir ki, bütün diqqətləri irəliyə yönəltmək lazımdır", - deyə XİN başçısı bidlrib.

Billström Türkiyə ilə münasibətlərin pisləşməsinin İsveçin NATO-ya üzvlüyündə əngəl olmadığını deyib.

Onun sözlərinə görə, NATO-ya qoşulma prosesində yol İsveçin razılaşmaların bir hissəsini yerinə yetirməsidir ki, bunun da bir hissəsi icra olunub. /APA/