-
- 6-07-2023, 20:23
- 381
Anar Bağırov Məhkəmə-Hüquq Şurasına vəkil üzv təyin edilib
Vəkillər Kollegiyasının sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasına vəkil üzv təyin edilib.
Bu barədə News24.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Məhkəmə-Hüquq Şurasına Vəkillər Kollegiyasının vəkil nümayəndəsinin təyin olunması məsələsinə baxılıb və Rəyasət Heyəti üzvlərinin təklifinə əsasən Kollegiyanın sədri Anar Bağırov Şuraya vəkil üzv kimi təyin edilib.
Daha sonra gündəliyə uyğun olaraq Vəkillər Kollegiyasının Elektron Vəkil Komitəsinin Əsasnaməsinin təsdiqi ilə bağlı məsələ müzakirə olunub və Komitənin Əsasnaməsi qəbul edilib.
İclasda vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma, yeni vəkil bürosunun təsisi və sairə məsələlərə baxılıb, müsbət qərarlar verilib.