Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
    • 25-05-2022, 11:36
    • 520

Anar Bağırov vəkillərə xəbərdarlıq etdi

"Vəkillər bəzən bir-birinin fəaliyyətini ictimai şəkildə müzakirəyə çıxarır".

News24.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mətbuat konfransında deyib.

O bildirib ki, problem varsa, bunu vəkillər öz aralarında həll etməlidirlər: "Vəkillər belə məsələləri ictimai müzakirəyə çıxarmasınlar. İctimailəşdirəndə vəkil hörmətdən düşür. Hər kəsin şərəf və ləyaqəti var. Vəkillərin nüfuzu vəkillərdən asılıdır. Biz öz nüfuzumuzu qorumasaq, heç kim bizə dəstək verməyəcək".