Bakıda gənc qızlar itkin düşdü
    • 7-07-2023, 09:47
    • 265

Bakıda gənc qızlar itkin düşdü

Bakıda gənc qızlar itkin düşüb.

News24.az  xəbər verir ki, hadisə iyulun 5-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Tükəz Şıxbabayeva yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Bundan başqa, eyni gündə Xətai rayonu ərazisində yaşayan 1999-cu il təvəllüdlü Rüstəmova Nuranə Ənvər qızı da itkin düşüb.

Hər iki faktla bağlı araşdırma aparılır.