Bakıda yeniyetmə qızlar itkin düşdü
    • 10-08-2022, 10:18
    • 469

Bakıda yeniyetmə qızlar itkin düşdü

Bakıda 14 yaşlı qızlar itkin düşüb.

News24.az xəbər verir ki, hadisə avqustun 6-da paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Dünyamalıyeva Zəhra Sulduz qızı 16:00 radələrində nənəsinin yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Bundan başqa, avqustun 8-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində 2008-ci il təvəllüdlü Qazzayeva Nərmin Cavanşir qızı saat 18:20 radələrində yaşadığı
evindən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır