Bakıda gənc qız itkin düşüb
    • 13-01-2022, 12:03
    • 428

Bakıda gənc qız itkin düşüb

Bakıda gənc qız itkin düşüb.

Hadisə yanvarın 11-də paytaxtın Sabunçu rayonunun Maştağa-Nardaran massivi, Qayaüstü adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin gün səhər saat 8 radələrində 2005-ci il təvəllüdlü Xədicə Ağayevə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır. /Report/