BMT-nin Baş katibi “taxıl sazişi”ni uzatmağa çağırıb
    • 7-07-2023, 21:43
    • 360

BMT-nin Baş katibi “taxıl sazişi”ni uzatmağa çağırıb

Ölkələr Qara Dəniz Taxıl Təşəbbüsünü genişləndirməlidir, çünki onun genişlənməsi dünyada ərzaq qiymətlərinin artımını azaltmağa kömək edir.

News24.az​​​-ın xəbərinə görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

O vurğulayıb ki, 2022-ci ildə əldə olunan razılaşmalar “dünyada ərzaq qiymətlərinin davamlı azalmasına kömək edir”.

Baş katib bütün maraqlı tərəfləri qlobal ərzaq təhlükəsizliyini prioritetləşdirməyə çağırıb.