-
- 19-05-2022, 10:26
- 496
BMT: Taxıl ixracı üçün Ukrayna limanları açılmasa, aclıq və kütləvi miqrasiya ola bilər
BMT-nin Ümumdünya Ərzaq Proqramı Ukrayna limanlarında saxlanılan taxılların ixracının mümkünsüzlüyünün “qlobal ərzaq təhlükəsizliyinə qarşı müharibə” olduğunu bəyan edib və limanların açılmadığı təqdirdə “aclıq və məcburi kütləvi miqrasiya”nın baş verə biləcəyi barədə xəbərdarlıq edib.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna limanlarında saxlanılan taxılların ixrac oluna bilməməsinin "qlobal ərzaq təhlükəsizliyinə qarşı müharibə" olduğunu deyən Beasley, limanların açılmaması halında "aclıq və məcburi kütləvi köç"ün baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
BMT-nin Baş katibi Antonio Quterreş qlobal aclıq səviyyəsinin yeni rekorda doğru getdiyini və ciddi qida çatışmazlığı ilə üzləşənlərin son iki ildə 135 milyondan 276 milyona yüksəldiyini bildirib.
500 mindən çox insanın aclıq şəraitində yaşadığını qeyd edən Quterreş 2016-cı ildən bu rəqəmin 500 faiz artdığını qeyd edib.
Ukrayna və Rusiyanın dünyanın buğda və arpa ehtiyacının az qala üçdə birini, günəbaxan yağı ehtiyacının isə yarısını ödədiyini ifadə edən Quterreş taxılı bərpa etmək üçün Rusiya, Ukrayna, Türkiyə, ABŞ və Avropa Birliyi ilə sıx təmasda olduqlarını bildirib.