“Zaurun verilişinə çıxıb bizi biabır eləmişdi” – Jalənin qətlinin TƏFƏRRÜATI
    • 8-07-2023, 13:32
    • 728

“Zaurun verilişinə çıxıb bizi biabır eləmişdi” – Jalənin qətlinin TƏFƏRRÜATI

Ötən il iyunun 3-ü saat 12 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 1987-ci il təvəllüdlü qızı Jalə Davudovanı qətlə yetirən 1964-cü il təvəllüdlü İftixar Davudovun məhkəməsi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İ.Davudov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məlum olub ki, Jalə hələ 2 aylıq olarkən İftixar onun anasından boşanıb və qadın başqa şəxslə ailə qurub. İllər sonra İftixar Davudov qızı ilə əlaqə yaradıb və ona maddi dəstək olub. Lakin qısa vaxt sonra ata və qızı arasındakı münasibətlər pozulub.

İ.Davudov ifadəsində deyib: “Jalə 2018-2019-cu ildən məni təhdid etməyə başladı, ona haqqı olanı verməsəm, məni biabr edəcəyini deyirdi. Sosial şəbəkələrdə məni və ailəmi təhqir edirdi. Jalə sosial şəbəkələrdə lüt şəkillərini paylaşırdı, fotoların üzərinə mənim şəkillərimi qoyaraq qızlarımı, nəvələrimi təhqir edirdi. Hətta bir dəfə Zaur Baxşəliyevin verlişinə çıxıb məni biabır etmişdi. Sonra Jalə Türkiyəyə getdi, orda da instaqramda fotolar paylaşımlar elədi. 2021-ci ildə ona təyyarəyə bilet alıb Bakıya gətizdirdim və ev tutdum. Amma Jalə tutduğum evi bəyənmədi, məcbur qalıb hotelə yerləşdirdim. O məndən 150 min manat pul tələb edirdi. Paylaşdıqlarını silsin deyə, ona hər gün xərclik üçün 20 manat və hər ay kirayə haqqı üçün 300 manat göndərirdim”.

Həbs edilən şəxs qızının əxlaqsızlıqla məşğul olduğunu və bu səbəbdən qaldığı evdən qovulduğunu deyib. O, Jalənin Türkiyədə də əxlaqsızlıqla məşğul olduğunu bildirib. Bundan sonra İ.Davudovun ikinci nikahdan olan oğlu Jaləyə Masazırdakı “Yeni Bakı” kompleksində ev tutub, lakin yenə də tərəflər arasındakı münasibətlər yaxşılaşmayıb. Jalə atasını şantaj etməyə davam edib. Mayın 30-da İ.Davudov qızının əməllərindən bezərək kirayə qaldığı evə gedib. Onunla mübahisə edib və qızını döyüb. Bundan sonra J.Davudova polisə şikayət edib. Polisə çağırılan, həmçinin qızının instagramda oğlu, kürəkəni və nəvəsinin fotolarını paylaşaraq təhqiramiz sözlər yazdığını görən İ.Davudov iyunun 3-də yenidən həmin evə gedib. O, qızını çoxsaylı bıçaq zərbələri ilə öldürüb.

Məhkəmədə Jalənin anası da ifadə verib. O, keçmiş həyat yoldaşına qarşı sərt iddialar səsləndirib: “İftixarla 18 yaşımda evlənmişdim, 19 yaşımda boşandıq. Ayrılanda qızım 2 aylıq idi. 10-cu sinifdə oxuyanda İftixar bir dəfə onunla görüşüb pul verib. 4-cü kursda oxuyanda isə onlar görüşməyə başlayıblar. 2018-ci ildə isə o, qızıma qarşı əxlaqsızlıq edib. Hətta Jalə İftixarın oğlunun onunla ər-arvad kimi yaşadığını demişdi. İftixar bəzi şeyləri düz deyir, həqiqiətən də Jalə ona zəng edib, amma hər şeyin bir səbəbi olub".

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmənin hökmü ilə İftixar Dacudov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Taleh Bağırov