Dayısı qızı ilə evlənən oğlana iş açıldı - Şok səbəb
    • 5-09-2022, 17:49
    • 563

Dayısı qızı ilə evlənən oğlana iş açıldı - Şok səbəb

Ağdaşda dayısının 15 yaşlı qızı ilə evlənən 1993-cü ilı təvəllüdlü Səlim Səlimova cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə işə baxılıb.

Araşdırma zamanı məlum olub ki, bu il Ağdaş rayon sakini, 2006-cı il təvəllüdlü A.Cəlilova Göyçay şəhər Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib. Yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi barədə polisə məlumat verilib. Məlum olub ki, o, 2021-ci ildə - 15 yaşında olarkən bibisi oğlu Səlimlə ailə qurub və cütlük Ağdaşda, eləcə də Abşeron Gənclər Şəhərciyində birgə yaşayıb.

Bundan sonra 29 yaşlı oğlan barəsində cinayət işi açılıb. O, bildirib ki, dayısı qızını 2019-cu ildən, yəni qız 13 yaşında olarkən sevməyə başlayıb və onlar qarşılıqlı razılıq əsasında ailə qurublar.

Məhkəmə Səlimi qeyd edilən maddə üzrə təqsirli bilib. Ona 1 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib. Ağdaş Rayon Məhkəməsindəki proses avqustun 31-də başa çatıb.