"Təəssüf ki, Azərbaycanda qızların sünnət olunma reallığı var" - Elşad Miri
    • 8-07-2023, 13:36
    • 370

"Təəssüf ki, Azərbaycanda qızların sünnət olunma reallığı var" - Elşad Miri

"Allah "Qurani-Kərim"in Tin surəsində insanı gözəl surətdə yaratdığını deyir. İnsanın gözəl yaradıldığı halda Allah insana nəyisə əlavə edə bilər? Doğulandan sonra “bu səhv idi” deyə bəzi yerlərinin kəsilib atılması doğru yanaşmadır? Bu gün Azərbaycanda oğlan uşaqlarını sünnət edib "müsəlman oldu" deyirlər. Və bunu təmtəraqlı şəkildə qeyd edirlər. Ortaya bir sual çıxır: oğlan uşaqları bu qayda ilə müsəlman olursa, bəs, qız uşaqları necə olsun?  Amma təəssüflər ki, Zaqatalada bəzi etnik qruplar arasında qızların sünnət olunma reallığı var. İslamın yeganə mənbəyi Qurandır. Bu kitabda sünnət anlayışı yoxdur. Bu, Allahın dediyi din deyil. Təsəvvür edin, biz uşaqlarımızı onların istəyi olmadan cərrahi əməliyyatlara məruz qoyuruq. Buna hüququmuz yoxdur. Məsələyə bu prizmadan yanaşmaq daha doğrudur. Bu nəyə lazımdır? Peyğəmbər sünnəti deyilən anlayış kökündən yanlışdır. Əgər doğulan uşaqlarda sağlamlıqları ilə bağlı problem yaşanarsa, həkimlərin tövsiyəsi ilə sünnət etmək olar". 

Bu sözləri News24.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. 

İlahiyyatçı təmtəraqlı sünnət toylarının keçirilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu yanaşma doğru deyil: “Ailədə oğlan uşağı sünnət edildi deyə, təmtəraqlı toy edilirsə, bəs, qızına nə edəcək? Bu ayrı-seçkilik deyil? Mən bu yanaşmanı doğru hesab etmirəm. Belə təmtəraqdan çəkinmək daha yaxşıdır. Bu cəmiyyətdə insanlar kimsədən ağıl istəmədiyinə görə mövqe bildirmək mümkün deyil. Lakin fikir bildirə bilərik ki, bu cür yanaşmalar birmənalı deyil”.

Arzu